Bundan başqa, qan nümunələrinin müvafiq laboratoriyalara çatdırılması üçün B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu 10 ədəd avtomobillə təmin ediləcək.
Səhiyyə Nazirliyinə 2015-2020-ci illərdə talassemiyanın profilaktikası, diaqnostikası və müalicəsi üzrə mütəxəssislərin hazırlanması (o cümlədən xarici ölkələrdə), 2015-2016-cı illərdə baza ali tibb və rezidentura təhsili proqramlarında hematologiya üzrə tədris saatlarının artırılması, mütəmadi olaraq respublikanın şəhər və rayonlarında talassemiya üzrə mütəxəssislərin hazırlanması, həkimlər üçün talassemiyanın aktual problemləri üzrə tematik kursların təşkili, talassemiya üzrə mütəxəssislərin beynəlxalq konqres, konfrans və simpoziumlarda iştirakının təmin edilməsi, ilkin səhiyyə xidməti müəssisələrində çalışan tibb işçiləri üçün talassemiyanın profilaktikası üzrə treninqlərin təşkili tapşırılıb.
Həmçinin, Təhsil Nazirliyi mütəmadi olaraq ümumi təhsil müəssisələrində biologiya üzrə fənn proqramı çərçivəsində talassemiya haqqında mövzunun tədrisini təşkil edəcək.
Azərbaycanda Şəki, Ağdaş, Masallı, Sabirabad, Oğuz, Göyçay rayonlarında valideynlərdən uşaqlara gen vasitəsilə keçən ağır irsi qan xəstəliyi olan talassemiyaya daha çox rast gəlinir.
Mənbə: ANS PRESS