ANS TV-nin məlumatına görə, Nazirliyin Baş İdarə rəisi İlkin Vəliyev bildirib ki, bu məsələdə gəlir vergisi ilə əlavə dəyər vergisini fərqləndirmək lazımdır. Gəlir vergisi əmlakın dəyərindən asılı olmadan ödənirsə, ƏDV-nin tətbiqində müəyyən məbləğ vergidən azaddır. Yəni, dəyəri 120 min manatdan aşağı olan əmlak ƏDV-dən azaddır.
İlkin Vəliyev bildirdi ki, əgər vergi ödəyicisi üç ildən çox əsas yaşadığı əmlakı təqdim edirsə onda aldığı qiymətlə satdığı qiymət arasındakı fərqdən gəlir vergisi ödəməlidir. Əgər alqı-satqı ilə bağlanmış ƏDV-in dəyəri 120 mindən yuxarıdırsa həmin şəxs artıq əlavə dəyər verigisini də ödəməlidir. Bu əlavə dəyər vergisi dövlət büdcəsinə ödənilir.
Mənbə: ANS PRESS