"Biz nüvə sənayesi sahəsində əməkdaşlığın mümkünlüyü barədə geniş müzakirələr apardıq. Əgər danışıqlardan konkret nəticə əldə olunsa, Misirdə yeni atom sənayesi yaradılacaq. Yeni Atom Elektrik Stansiyasının tikintisi, kadrların hazırlanması, elmin inkişafı bütün kompleks tədbirlərə daxildir. Bu isə Misirdə bütov sənayenin yaradılmasına xidmət edəcək", - deyə Putin bildirib.
Əl-Sisi isə bildirib ki, Misir Rusiya ilə əməkdaşlıq etməkdə maraqlıdır.
Mənbə: ANS PRESS