Qadin.NET / Yeni formalar gəlir

Yeni formalar gəlir

 

Yeni formalar gəlir

Avropa Oyunlarının keçirilməsi ilə bağlı dəmir yolu vağzallarında sərnişinlər üçün lazımi şərait yaradılıb. 
ANS TV-nin məlumatına görə, sərnişin stansiyalarında artıq bir neçə gün bundan əvvəl yenidənqurma işlərinin aparılmasına start verilib. İlk olaraq stansiyalarda əvvəl quraşdırılmış köhnə lövhələr dəyişdirilərək yeniləri ilə əvəzlənib. Əlavə olaraq yeni lövhələr də əraziyə qoyulub. Əvvəl bu lövhələrdə məlumatlar Azərbaycan və Rus dilində idisə indi xarici qonaqların da gəlməsini nəzərə alaraq həmin lövhələrdə məlumatlar İngilis-dilində də veriləcək. Səsli məlumatlar da iki dildə səsləndiriləcək. Kassalarda işləyən işçilər və bələdçilər üçün İngilis-dili kursları təşkil olunub. Kurslər həftədə iki dəfə növbəli şəkildə təşkil olunub. Hər kursda isə ən çox 15 nəfər iştirak edir.
Bakı Sərnişin Stansiyasının rəisi Nizaməddəin Eminov deyir ki, Miqrasiya İdarəsinin bir əməkdaşı kassa zalında yerləşib və o gələn əcnəbi qonaqlara lazımi köməkliyi edəcək. 
Oyunlar ərəfəsində dəmiryolu işçilərinin hazırda istifadə etdikləri geyim forması da dəyişdirilərək yeniləri ilə əvəz ediləcək. Artıq bunun üçün yeni formaların hazırlanmasına da start verilib. 

 

Mənbə: ANS PRESS

10 fevral 2015
GO BACK