Prezident İlham Əliyevdən yeni təyinat. ANS PRESS-in məlumatına görə, dövlət başçısı "Bakıelektrikşəbəkə"nin əsasında yaradılan “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə sədr təyin edib. Prezidentin imzaladığı əmrlər Balababa Hüseynağa oğlu Rzayev “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilib.
“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının ərazisində elektrik enerjisini satın almaqla istehlakçıları etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatını həyata keçirir, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir.
Mənbə: ANS PRESS