Rusiya prezidenti Vladimir Putin 10 illik fasilədən sonra ilk dəfə Misirə səfər edib. ANS PRESS-in məlumatına görə, Putini Qahirədə prezident Abdulfəttah əl Sisi tərəfindən qarşılanıb. İki prezident arasında yaxın münasibətlər dünyaya mesaj kimi qəbul edilib. Ən diqqət çəkən məqam isə Putinin həmkarına xüsusi istehsal edilən "Kalaşnikov" hədiyyə etməsi olub. Xatırladaq ki, Sisinin Rusiyaya 2014-cü ildə səfəri zamanı Putin ona qızıl ulduzlu pencək bağışlamışdı.
Putin üçün Qahirənin yollarına ərəb, rus və ingilis dillərində posterlər asılıb. İki prezident Misirin ən gözəl məkanlarından birində nahar ediblər.
Səfər çərçivəsində Suriya, Liviya, Fələstin-İsrail məsələsi, terrorla mübarizə, təbii qaz, nüvə sahəsində əməkdaşlıq, hərbi və sərmayə qoyuluşu müzakirə ediləcək.
Misirə son dəfə 2005-ci ildə gedən Putinin səfərinin iki gün davam edəcəyi bildirilir.
Mənbə: ANS PRESS