Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev Trend-ə bildirib ki, yaxın iki gün ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitində mühüm dəyişiklik gözlənilmir. Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında isə sulu qar və qar yağacağı ehtimalı var.Fevralın 11-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər zəif duman olacaq, axşama doğru bəzi yerlərdə havanın yağıntılı olacağı ehtimalı var. Şimal küləyi əsəcək.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 2-4, gündüz 6-9 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında fevralın 11-də hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman, çiskin olacaq. Gündüz qərb rayonlarından başlayaraq, havanın arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək. Ayrı-ayrı yerlərdə küləyin sürəti arabir güclənəcək.
Havanın temperaturu gecə 0-4, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyə kimi isti təşkil edəcək.
Mənbə: Milli.Az