Qadin.NET / Tövlədə tapılan maşın 23 milyon dollara satıldı

Tövlədə tapılan maşın 23 milyon dollara satıldı

 

 

Fransadakı adi, sıradan bir fermalardan birində aşkarlanmış 60 raritet avtomobilin on milyonlarla avro dəyəri var.
Həmin klassik maşınlardan biri srağagün keçirilmiş hərracda 23 milyon dollara satılıb.
Milli.Az European-a istinadən bildirir ki, bir zamanlar əfsanəvi fransız aktyor Alen Delona məxsus olmuş "Ferrari 250 GT SWB California Spyder" avtomobilini 23 milyon dollara alan şəxsin adı açıqlanmır.
Bu avtomobil çox nadir, hətta unikaldır. Çünki "Ferrari" avtomobil konserni cəmi 36 ədəd "Ferrari 250 GT SWB California Spyder" istehsal etmişdi.
Fransanın cənub-qərbindəki kiçik fermada aşkarlanmış 60 klassik avtomobil arasında raritet "Maserati", "Bugatti", "Hispano-Suiza", "Talbot-Lago", "Panhard-Levassor", "Maserati", "Delahaye" və "Delage" də var.
Mənbə: Milli.Az
10 fevral 2015
GO BACK