Qadin.NET / Ancelina Colinin 7-ci övladı olacaq

Ancelina Colinin 7-ci övladı olacaq

 

Ancelina Colinin 7-ci övladı olacaq

“Brandcelina” təxəllüsü ilə tanınan Bred Pitt və Ancelina Coli cütlüyünün övladlığa yeni uşaq götürəcəyi iddia edilir. 
ANS PRESS-in məlumatına görə, Bred Pitt və Ancelina Coli cütlüyünün Türkiyənin Hatay vilayətindəki qaçqın düşərgəsində yaşayan 2 yaşlı Musa adlı uşağı övladlığa götürəcəyi bildirilir. Bu barədə “Womans Day” saytı xəbər yayıb. 
Əgər cütlük həmin uşağı da övladlığa götürərsə, bu, onların yeddinci övladı olacaq. “Brandcelina”nın üçü övladlıq olmaqla, altı uşaqları var.
Xəbərdə bildirilir ki, BMT-nin xoşməramlı səfiri olan Coli ziyarət etdiyi düşərgədə Musanın onu qucaqlamasından təsirlənib və o, yetim uşağı övladlığa götürməyə qərar verib. 
Qeyd edək ki, Ancelina Coli və Bred Pitt 2004-cü ilin axırında “Mister və Missis Smit” filminin çəkilişlərində tanış olublar.

 

Mənbə: ANS PRESS

10 fevral 2015
GO BACK