Qadin.NET / Quranı təhqir edən deputata şillə kimi cavab

Quranı təhqir edən deputata şillə kimi cavab

 

Quranı təhqir edən deputata şillə kimi cavab

Keçmiş “Flamand Maraqları” partiyasının sədri və federal millət vəkili Filipp Devinterin iki həftə əvvəl müsəlmanların müqəddəs kitabı Qurani Kərimi təhqir etməsi cavabsız qalmayıb.ANS PRESS-in məlumatına görə, “Akıncılar” adlı haker qrupu deputatın saytını sındıraraq Qurani Kərimdən bir ayə və hədis yerləşdiriblər. 
Hakerlər Hicr surəsi, 9-cu ayəsini saytın əsas səhifəsində yayımlayıblar: “Rəhman və Rəhim Allahın adı ilə.. Şübhəsiz ki, Quranı Biz nazil etdik və sözsüz ki, Biz də onu qoruyub saxlayacağıq!”.
Daha sonra isə onlar bununla kifayətlənməyib, “Qurana dəstəmazlı olmadan toxunmayın” – hədisi ilə də ismarış göndəriblər. 
Xatırladaq ki, Filipp Devinter yanvarın 22-də Belçika parlamentinin “Məscidlər və radikallaşma” mövzulu plenar iclasında kürsüyə çıxarkən əlindəki Quranı havaya qaldırıb və müqəddəs kitabı bütün pis şeylərin mənbəyi adlandırıb.

 

Mənbə: ANS PRESS

10 fevral 2015
GO BACK