Qadin.NET / Gəncə Təbrizlə qardaş oldu

Gəncə Təbrizlə qardaş oldu

 

İranın Şərqi Azərbaycan əyalətinin mərkəzi Təbriz şəhəri ilə Azərbaycanın Gəncə şəhəri qardaş şəhərlər elan olundu. Kəpəz TV-nin (Region TV) məlumatına görə, Təbriz şəhərinin meri Sadiq Nəcəfi və Gəncənin icra başçısı Elmar Vəliyevin arasında imzalanan sənədə əsasən, bundan sonra Təbriz və Gəncə arasında mədəni və digər sahələrdə əlaqələr inkişaf edəcək. 

Görüşdə Sadiq Nəcəfi bildirib ki, Gəncə şairi Nizami Gəncəvinin ədəbi irsi İran ədəbiyyatı üçün böyük töhfədir. Elmar Vəliyev isə çıxışında qeyd edib ki, yaxın gələcəkdə Gəncədə parklardan birinə Təbriz adı veriləcək.

 

Mənbə: Milli.Az

10 fevral 2015
GO BACK