Qadin.NET / "Telekanallar diqqətli olmalıdırlar"

"Telekanallar diqqətli olmalıdırlar"

 

 

Bu barədə Trend-ə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov deyib.“Teleiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklərdə Milli Televiziya və Radio Şurasının (MTRŞ) səlahiyyətlərinin artırılması məsələsinə toxunan N.Cəfərov qeyd edib ki, bu gün, doğrudan da, MTRŞ-nin səlahiyyətlərinin artırılmasına ehtiyac var idi: 
“Ona görə ki, Milli Televiziya və Radio Şurasının özünün xeyli təcrübəsi yaranıb, məsuliyyəti getdikcə artır. Bunlar hamısı istər-istəməz MTRŞ-nin səlahiyyətlərinin genişləndirilməsini vacib edir. Düzdür, telekanallarımızda inkişaf var, bunu inkar etmək olmaz. Amma yenə də cəmiyyətin televiziyaya olan tələbləri yüksəlib. Ona görə də istər-istəməz həm şou proqramlar, həm də digər məsələlərlə bağlı müəyyən qadağalara, normalara riayət olunması önə gəlir”.
Komitə sədrinin sözlərinə görə, burada söhbət tək ondan getmir ki, MTRŞ-nın səlahiyyəti artırıldıqca o qadağalar gücləsin: “Sadəcə olaraq söhbət ondan gedir ki, keyfiyyət yüksəlsin. Son vaxtlar bu məsələlər cəmiyyətdə də geniş müzakirə olunur. Yəni cəmiyyətin özünün mövqeyi və rəyi imkan yaradır ki, telekanallar öz verilişlərini lazımi səviyyəyə qaldırsınlar. Bundan sonra telekanallar daha diqqətli olmalıdırlar”.

 

Mənbə: Milli.Az

10 fevral 2015
GO BACK