Qadin.NET / "Türkiyə Azərbaycana kömək edəcək"

"Türkiyə Azərbaycana kömək edəcək"

 

 

Trend-in məlumatına görə, bu barədə Türkiyənin Azərbaycandakı səfiriİsmayıl Alpər Coşqun jurnalistlərə bildirib.Onun sözlərinə görə, Türkiyə Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləyib və bundan sonra da dəstəkləyəcək: 
"Türkiyə Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllini və tərəflər arasında sülh danışıqlarını dəstəkləyir".
Diplomat qeyd edib ki, Türkiyə ATƏT-in Minsk qrupunun fəaliyyətini də tam dəstəkləyir və Dağlıq Qarabağ münaqişəsinin ən qısa müddətdə nizamlanacağına inanır: "Nə olursa olsun, Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllində və ən qısa zamanda Azərbaycan torpaqlarının qaytarılmasında hər zaman Azərbaycana kömək edəcək”.

 

Mənbə: Milli.Az

10 fevral 2015
GO BACK