Qadin.NET / Təyyarəni "iPad" vasitəsilə endirdilər

Təyyarəni "iPad" vasitəsilə endirdilər

 

 

Pilot və onun həyat yoldaşı nasaz təyyarə ilə bir neçə kilometr uçduqdan sonra onu uğurla endirə biliblər.Trend-in xarici mətbuata istinadən verdiyi məlumata görə, cütlük bunun üçün yalnız iPad-dəki əlavədən yararlanıb.
Məlumata görə, adı açıqlanmayan ər və arvad Viskonsindən Vayominqə (ABŞ) kiçik birmühərrikli təyyarə ilə yola düşüblər. Havada olarkən təyyarənin bütün elektrik avadanlığı sıradan çıxıb. Vəziyyəti havanın qaranlıq olması da çətinləşdirib. Buna görə də təyyarənin naviqasiyası üçün istifadə edilə biləcək yeganə vasitə "iPad" olub.
Planşetdəki proqramlar uçuşun sürətini və hündürlüyünü müəyyən etməyə kömək edib.
Eniş zamanı sərnişinlərdən heç kəs xəsarət almayıb. Lakin təyyarə ciddi zədələnib.


Mənbə:Milli.Az

10 fevral 2015
GO BACK