Ermənistanda prezident Serj Sarkisyanın hakimiyyətdən uzaqlaşdırılması məqsədilə yeni siyasi blok yaradılır.ANS PRESS-in məlumatına görə, ölkə mətbuatı yazıb ki, yeni siyasi birliyə "Çiçəklənən Ermənistan" partiyası, "Erməni Milli Konqresi"və "İrs" partiyası daxildir.
"Çiçəklənən Ermənistan" partiyasının sədri Qaqik Sarukyan, "Erməni Milli Konqresi" rəhbəri Levon Ter-Petrosyan və "İrs" partiyasının başçısı Raffi Ovannisyan arasında bu il fevralın 15-də görüş keçirilməsi haqqında razılıq əldə olunub.
Üç partiyanın birgə bəyanatında deyilir ki, görüşdə ümumxalq hərəkəti çərçivəsində sonrakı birgə fəaliyyət, hakimiyyətə yeni təzyiq metodları ilə bağlı müzakirə aparılacaq.
Mənbə: ANS PRESS