Qadin.NET / Bakıda onların sayı 95 min olacaq

Bakıda onların sayı 95 min olacaq

 

Bakı 2015 I Avropa Oyunlarınadək POS-terminalların sayı 95 minədək artırılacaq. Trend-in məlumatına görə, bunu vergilər naziri Fazil Məmmədov"Azərbaycan vergi sistemi: reallıqlar və perspektivlər" mövzusunda keçirilən Vergi Forumu çərçivəsində brifinqdə deyib.Onun sözlərinə görə, 2013-cü ildə Azərbaycanda təqribən 40 min POS-terminal fəaliyyət göstərirdisə, 2014-cü ilin sonuna onların sayı 82 minədək artıb.
F. Məmmədov qeyd edib ki, Vergilər Nazirliyi ölkədə POS-terminalların quraşdırılması sahəsində Azərbaycan Mərkəzi Bankı və digər banklarla fəal işləyir: "Məqsədimiz 2015-Avropa Oyunlarınadək onların sayını 95 minə çatdırmaqdır".

Mənbə: Milli.Az

 

9 fevral 2015
GO BACK