Məşhur amerikalı skripkaçı, meqa-star Hillari Hanın Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadənin əsəri də daxil olan “Deutsche Grammofon” albomu ilin ən yaxşı kamera musiqisi nominasiyasında “Grammy” mükafatına layiq görülüb.Azər Tac xəbər verir ki, “Grammy” mükafatının 57-ci təqdimat mərasimi fevralın 8-də Los-Ancelesdə keçirilib.Azərbaycan bəstəkarlıq məktəbi tarixində Firəngiz Əlizadə bu mükafatı alan ilk bəstəkardır.Bu sevinci jurnalistlərlə bölüşən Firəngiz Əlizadə bunu bütövlükdə Azərbaycan musiqisinin uğuru kimi dəyərləndirib.
Mənbə: Milli.Az