İŞİD və digər terrorçu radikal qruplaşmalar Türkiyə və bütün dünya üçün real təhlükəyə çevrilib. Trend-in bazar ertəsi Türkiyənin Anadolu agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ölkənin baş naziri Əhməd Davudoğlu bildirib.Baş nazir qeyd edib ki, təəssüf ki, Türkiyə regionda baş verən hadisələrin episentrində yerləşir.Ə.Davudoğlunun sözlərinə görə, "ərəb baharı" Yaxın Şərqin bir sıra ölkələrində onların demokratikləşməsinə deyil, radikal islamçıların həmin dövlətlərə gəlişinə səbəb oldu.
Mənbə: Milli.Az