Qadin.NET / Kainat gözəlinə vasitəçilik təklif olundu

Kainat gözəlinə vasitəçilik təklif olundu

 

 

Kolumbiyadakı FARC üsyançı qruplaşması "Miss Universe 2014" gözəllik müsabiqəsinin qalibi Paulina Veqanı ölkənin hakimiyyət dairələri ilə danışıqlarda vasitəçi olmağa dəvət edib.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, FARC-ın İnternetdə yaydığı bəyanata görə, 22 yaşlı kolumbiyalı gözəl bir qədər əvvəl özü belə təşəbbüslə çıxış etmişdi.
Paulina Veqanın hökumətlə FARC arasındakı danışıqlarda necə vasitəçilik edəcəyi dəqiq bilinmir.
Üsyançılar Veqanın vasitəçilik üçün Havanaya yollanmaq fikrini alqışlayıblar: "Sizi bu səfəri gerçəkləşdirməyə dəvət edir və bildiririk ki, sülh danışıqlarının gedişatı barədə məlumat verəcəyik".
Paulina Veqa üsyançıların dəvətinə hələ cavab verməyib.
FARC ilə Kolumbiya hökuməti arasında 2012-ci ildən bəri davam edən danışıqlar ötən ilin noyabrında kəsilib. Səbəb FARC-ın Kolumbiya ordusunun generalını oğurlamasıdır.
Havanada aparılan danışıqların nə zaman aktivləşəcəyi bilinmir.
Mənbə: Milli.Az
9 fevral 2015
GO BACK