Dünya tarixinin dahi və unudulmaz şəxslərindən biri, Fransa imperatoru Lui Napoleon Bonoparta məxsus olmuş villalardan biri satışa çıxarılıb. Milli.Az Daily Mail-ə istinadən bildirir ki, İtaliyanın Pyemon vilayətində yerləşən 74 otaqlı "Villa La Voglina"nın ilkin satış qiyməti 5,79 milyon dollardır. Barokko stilində olan villa 18-ci əsrdə tanınmış memar Filippo Huvarranın layihəsi əsasında inşa olunmuşdu.
60 hektarlıq bağa malik villanın 13 yataq otağı, 9 vanna otağı, kitabxanaları və kiçik kilsəsi də var.
Lui Napoleon Bonapart 1800-cü ildə Marenqoda avstriyalarla döüşəndə bu villanı qərargah etmişdi.
Maraqlıdır ki, villa Londonun Belqraviya səmtində "Beauchamp Estates" rieltor agentliyinin satışa çıxardığı 2 otaqlı mənzil qiymətindədir.
Mənbə: Milli.Az