Bu səhər Kürdəmir rayonunda zəlzələ baş verib.
ANS PRESS-in AMEA Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən verdiyi məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 05.12-də Kürdəmirdən 15 km cənubda qeydə alınıb. İlkin məlumata görə, yeraltı təkanlar episentrdə 4 bala qədər hiss olunub. Təbii fəlakət yerin 40 km dərinliyində meydana gəlib.Yeraltı təkanlar yerli sakinlər tərəfindən hiss olunub.
Mənbə: ANS PRESS