Qadin.NET / Kür çayı buz bağladı

Kür çayı buz bağladı

 

 

Ötən gecə Şərqi Anadoluda mövsümün ən soyuq temperaturu qeydə alınıb. ANS PRESS-in yerli mətbuasta istinadən verdiyi məlumata görə, ən soyuq temperatur Ərdaxanda olub. Bu şəhərdə havanın temperaturu -19 dərəcə şaxta olub. 
Mənbəyini Türkiyənin Ərdaxan şəhərindən götürən Kür çayının da səthi donub. Şəhər sakinləri donmuş çayın üzərində rahatlıqla gəzirlər. 
Bundan başqa Şərqi Anadolunun daha bir neçə şəhərində şaxtalı hava qeydə alınıb. Belə ki, Ərzurum -17, Qars -15, Ağrı -12, Bitlis -10, Muş və Ərzincan -7, Van -6, Hakkari -5 və İqdırda havanın temperaturu -4 dərəcə şaxta olub. 
Hidrometroloqlar şaxtalı hava şəraitinin davam edəcəyini və bölqəyə qar yağacağını bildiriblər. 

Mənbə: ANS PRESS

9 fevral 2015
GO BACK