Qadin.NET / Samsung 5 min dollara televizor satır

Samsung 5 min dollara televizor satır

 

Samsung şirkəti söz verdiyi kimi, kvant nöqtələri texnologiyası üzrə istehsal edilmiş ilk televizorlarının satışına başlayıb. Amma yeni televizorların satış qiyməti bahadır.Milli.Az İCT nevs-a istinadən bildirir ki, Cənubi Koreya bazarında kvant nöqtəsi texnologiyasına əsaslanan Samsung SUHD TV qövsvari televizorları əlçatan olub. 55 düymlük ekranla təchiz edilmiş ən ucuz model 5 min dollara təklif edilir. Bundan başqa, mağazalarda 65, 78 və 88 düymlük ekranla təchiz edilmiş modellər əlçatandır.

İstehsalçı bildirib ki, yaxın vaxtlarda Avropa və ABŞ-da Tizen əməliyyat sistemi ilə işləyən bu qurğuları satın almaq mümkün olacaq.
2015-ci ildə Samsung ümumilikdə 60 milyon televizor satmağı planlaşdırır ki, onların da təxminən 6 milyonu kvant nöqtəsi texnologiyasına əsaslanan aparatların payına düşəcək.
Samsung-un televiziya biznesinin rəhbəri Xen Suk Kim deyib ki, cari ildə gözlənilən valyuta məzənnələrinin əlverişsizliyinə baxmayaraq, şirkət bahalı televizor bazarında gəlirini artırmaq üçün maksimum səy göstərəcək.
Mənbə: Milli.Az
9 fevral 2015
GO BACK