Qadin.NET / Ən innovasiyalı dövlətlər - REYTİNQ

Ən innovasiyalı dövlətlər - REYTİNQ

 

Bloomberg agentliyi Global Innovation Index ən innovasiyalı dövlətlərin reytinqinin yeni redaksiyasını tərtib edib. Cari ildə Global Innovation Index reytinqinə 50 dövlət daxil edilib.Hər bir dövlətin reytinqdəki pilləsi ümumi orta bal göstəricisinə əsaslanaraq müəyyən edilib. Ümumi orta bal isə dövlətlərin aşağıdakı 6 bölmənin hər biri üzrə göstəricisinin orta qiymətini təşkil edir: Tədqiqat və inkişaf, Sənaye, Yüksək texnologiyalar, Təhsil, Elmi ştat və Patentlər.Milli.Az İCT nevs-a istinadən bildirir ki, reytinqə Cənubi Koreya liderlik edir. İlk beşlikdə Yaponiya, Almaniya, İsrail və Finlandiya yer alıb. ABŞ 6-cı pillədə qərarlaşıb. Sonuncu pilləni Mərakeş tutub.Təhsil kateqoriyasında birinci pilləni Cənubi Koreya tutub. Bu dövlət ümumilikdə birinci pillələrin sayına görə liderdir. Cənubi Koreya, həmçinin Tədqiqatlar və inkişaf və Patentlər bölmələrində liderlik edir.Yüksək texnologiyalar üzrə ABŞ, Sənaye üzrə İsveçrə, Elmi ştat üzrə Finlandiya liderlik edir.

The Global Innovation Index 2008-ci ildən tərtib edilir.
Mənbə: Mİlli.Az
9 fevral 2015
GO BACK