Qadin.NET / Bu cür yaşam ölümü tezləşdirir

Bu cür yaşam ölümü tezləşdirir

 

Alimlər oturaq həyat tərzinin təhlükəli olması barədə xəbərdarlıq edirlər. Araşdırmalar nəticəsində məlum olub ki, 4 saat hərəkətsiz qalandan sonra orqanizm həyəcan təbili vurur. Qlükoza və piy istehsalını tənzimləyən genlər fəaliyyət göstərmir. 
Milli.Az ATVxəbər.Az-a istinadən bildirir ki, Dünya Səhiyyə Təşkilatının bədən tərbiyəsi üzrə mütəxəssisi Tim Armstronq hesab edir ki, oturaq həyat tərzi keçirmək məcburiyyətində olanlar təkcə səhər və axşam deyil, gün ərzində bədən tərbiyəsi ilə məşğul olmalıdırlar. Ötən il 17 min kanadalının iştirakı ilə aparılan tədqiqatlar göstərmişdir ki, insan nə qədər çox oturursa, ölüm təhlükəsi də bir o qədər artır. Digər tədqiqatın nəticələrinə görə, amerikalılar ömürlərinin yarısını oturaq keçirirlər. 
Oturaq həyat tərzi keçirənlərdə prostatın xəstələnməsi, sidik kisəsində və böyrəklərdə problemin yaranması hallarana daha tez-tez rast gəlinir.

Mənbə: Milli.Az

 

9 fevral 2015
GO BACK