Qadin.NET / Azərbaycanda mənzillərin qiyməti artıb

Azərbaycanda mənzillərin qiyməti artıb

 

Mənzil bazarında qiymət indeksi 2014-cü ilin dördüncü rübündə üçüncü rübü ilə müqayisədə 0,6 faiz, əvvəlki ilin müvafiq rübünə nisbətən isə 10,1 faiz artıb. Modern.Az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.  
Məlumatda bildirilib ki, ilkin mənzil bazarında qiymətlər əvvəlki rüblə müqayisədə 0,9 faiz, əvvəlki ilin müvafiq rübünə nisbətən 9,1 faiz, təkrar mənzil bazarında qiymətlər əvvəlki rüblə müqayisədə 0,6 faiz, əvvəlki ilin müvafiq rübü ilə müqayisədə isə 10,1 faiz artıb.

Mənbə: Milli.Az

 

8 fevral 2015
GO BACK