Qadin.NET / Animizm nədir?

Animizm nədir?

 

 

Animizm - ruhlara etiqad, Ruhların mövcudluğu, onların heyvanların, insanların həyatına , ətraf aləmin predmetinə və hadisələrinə təsir etməsinə inanc.Milli.Az azens.az-a istinadən bildirir ki, animistik təsəvvürlər ibtidai cəmiyyətdə meydana gəlmişdir. Animizmin yaranmasının əsas səbəbi insanların təbiət və onun qanunları haqqında bilik ehtiyyatlarının az olması olmuşdur. İnsanlar yabancı təsəvvür etdiyi kor-təbii təbiət qüvvələrinə qarşı durmağa qabil deyildilər. Bu qüvvələrin canlandırılması cəmiyyətin inkişafının müəyyin pilləsində həmin qüvvələrin mənimsəmə forması olmuşdur. Animistik təsəvvürlər bütün dini etiqadların əsasını təşkil etmişdir.
Animizm bütün varlıqlarda ruhun mövcudluğuna inancına əsaslanır. Animizmin ilk elmi təhlilini E.Teylor vermişdir. Onun öz təlimində iki ehkamı qabardır, ruh varlığın məhvindən, yəni, daşıdığı cismin ölümündən sonra da maddi həyatda fəaliyyətini davam etdirir;
bədəndən ayrılıb gerçək dünyanı tərk edir və ilahi aləmin yüksəkliyinə qalxır.
Animizmdə təbiət qüvvələri, bitkilər, bir çox cansız predmetlər, heyvanlar şüurlu başlanğıca malik hesab edilir və fövqəltəbii xüsusiyyətlərin icraçılarına çevrilir.
Bununla yanaşı,Animistik görüşlər Azərbaycanda hər sahədə özünə geniş yer almışdır. Folklorun epik, lirik ənənəsində, mərasimlərdə, oyun və tamaşalarda, canlı danışıqda, mədəniyyətin bütün formalarına aid nümunələrdə cansız varlıqların şüurlu başlanğıca malikliyi ideyasına təsadüf edilir. Məsələn, isti suyu yerə tökəndə "Mələkləri yandırdın" qənaətinə gəlirlər.
Mənbə: Milli.Az
 
8 fevral 2015
GO BACK