
Türkiyənin xarici işlər naziri İsrail rəsmilərinin dəvət olunduğuna görə Münxendə keçirilən təhlükəsizlik konfransını tərk edib. Milli.Az BBC-yə istinadən bildirir ki, Mevlut Cavuşoğlu müxbirlərə deyib ki, İsrail nümayəndə heyəti Orta Şərq üzrə sessiyaya son dəqiqədə dəvət olunandan sonra bu qərarı verib.
Onun sözlərinə görə, qərarın Türkiyənin Almaniya ilə əlaqələrinə aidiyyatı yoxdur.
2010-cu ildə İsrailin Qəzzaya blokadasını keçməyə cəhd edən türk gəmisnə İsrail ölümcül reyd edəndən sonra Türkiyə ilə İsrail arasında əlaqələr gərgin olub.
İsrail dəstəsi ilə toqquşmalar nəticəsində doqquz fələstinpərəst türk fəalı öldürülmüşdü.
Berlində mətbuat konfransında danışan cənab Cavuşoğlu deyib ki, sessiyanı tərk etmək barədə qərar kollektiv şəkildə verilib.
"Mən konfransda iştirak etmək niyyətində idim, amma onlar Orta Şərq barədə sessiyaya İsrail nümayəndələrini daxil edəndən sonra biz qərarımızı dəyişdik", o deyib.
Mənbə: Milli.Az