Qadin.NET / Tarix və tarix yazanlar

Tarix və tarix yazanlar

 

Qəhrəman - tarixin ana dirəyidir. Millətlərin tarixi qəhrəmanla yüksələr. Qəhrəmansız bir millətin tarixi dayaz və durğun göl kimidir; böyük və geniş olsa da, ümid və inşirahverici deyil.Yunanlar tarixlərini bir qisim əfsanəvi qəhrəmanların çiyinlərində bayraqlaşdırdılar. Qədim Roma Sezar və onun kimilərlə tarixə düşdü. Karfagen Hannibalın sayəsində səsini insanlığa çatdıra bildi. İran Firdovsinin oynaq və bərəkətli mahir qələmi ilə ən rəngarəng və zəngin qəhrəmanlıq dastanlarına qovuşdu. Və daha neçə-neçələri neçə-neçələri ilə...
Millət var ki, onun tarixi tək sütun üzərində oturdulmuş kəmər kimi bir qəhrəmanın ətrafında hörülür. Millət də var ki, onun tarixi yüzlərlə qübbəli məbəd kimi, minlərlə sütuna söykənib yüksəlir. Makedoniya qədim tarixi ilə İskəndərin çiyinlərində ucalmışdır: Fransa Napoleonun, Almaniya Bismarkın və ya fərqli bir anlayışa görə Hötenin. 

Mənbə: Milli.Az

 

8 fevral 2015
GO BACK