Qadin.NET / Ermənilərdən yeni oğurluq

Ermənilərdən yeni oğurluq

Ermənilərdən yeni oğurluq
Dolma, “Sarı gəlin”, balaban, piti kimi özbəöz türk mədəniyyət nümunələrinə iddia edən erməniləri indi də Azərbaycan xalçalarına göz dikiblər. ANS PRESS-in məlumatına görə, ermənilər bu həyasız iddialarını fevralın 26-da ABŞ-ın Kaliforniya ştatının əsasən ermənilər yaşayan Qlendeyl şəhərində gerçəkləşdirmək niyyətindədirlər. Həmin gün Morisa Misak-Keleçyana məxsus xalça nümayiş etdiriləcək və sahibi onun Türkiyədən 1920-ci illərdə köçürülmüş yetim erməni qızları tərəfindən toxunduğunu bildirir. Həm də o iddia edilir ki, xalça 1925-ci ildə ABŞ prezidenti Kelvin Kulicə hədiyyə verilib. İddiaya görə, xalça nəsildən nəsilə keçib və 1982-ci ildə Ağ Evin kolleksiyasına qayıdıb. 
Əhvalatın özü xeyli şübhəli görünsə də və daha çox siyasi məqsəd daşıyan uydurmaya bənzəsə də, diqqəti ən çox çəkən bu deyil. Ermənilər bu xalçanın erməni xalçası olduğuna iddia edirlər. Əslində isə nəbati naxışlarla bəzədilmiş xalçanın ortasında iri səkiz güşəli ulduz var ki, bu da onun Təbriz xalçaçılıq məktəbinə aid olduğunu ortaya çıxarır. 

Mənbə: ANS PRESS

7 fevral 2015
GO BACK