Onun sözlərinə görə, Ukrayna münaqişəsi üzrə sülhün əldə edilməsi üçün Fransa və Almaniyanın birlikdə səylərini artırması sonuncu şansdır. Əgər bu da bir nəticə verməsə böyük müharibə istina edilmir.
"Ukrayna ssenarisinin ən pis halda nə ilə nəticələnəciyini biz çox yaxşı bilirik. Bunun adı müharibədir", - deyə Olland bildirib.
Qeyd edək ki, ötən gün Moskvada Rusiya və Fransa prezidentləri Vladimir Putin, Fransua Olland və Almaniya kansleri Angela Merkel arasında üçtərəfli görüş keçirilib. Bağlı qapılar arxasında 4 saat müzakirələr aparılsa da mətbuata heç bir açıqlama verilməyib. Yalnız Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya, Fransa və Almaniya Minsk danışıqlarının implementasiyası üzrə sənədin mətnini hazırlayırlar.
Mənbə: ANS PRESS