Qadin.NET / "Qarabağ" rəqibini darmadağın etdi

"Qarabağ" rəqibini darmadağın etdi

"Qarabağ" rəqibini darmadağın etdi
Bu gün Topaz Premyer Liqasında XX tura yekun vurulub. ANS PRESS-in məlumatına görə, ikinci oyun günündə iki matç baş tutub.
Günün ilk oyununda "Qarabağ" "Bakı"nı qəbul edib. XIX turda istirahət edən Qurban Qurbanovun komandası 2015-ci ilin ilk oyununa çıС…ıb. Azarkeşlərin 5 qol izlədiyi matçda hesab 3-cü dəqiqədə açılıb. Rəqib qapısına yol tapan Maksim Medvedev "Qarabağ"ı sevindirib. 4 dəqiqə sonra "Bakı"dan Azad Kərimov avtoqol müəllifi olub. 22-26-cı dəqiqələrdə baş hakim Ömər Paşayev hər komandanın qapısına bir penalti təyin edib. Əvvəlcə "Bakı"dan Nurlan Novruzov, ardınca "Qarabağ"dan Riçard Almeydanın zərbəsi dəqiq olub. 84-cü dəqidə dublunu rəsmiləşdirən Riçard matçın yekun nəticəsini müəyyənləşdirib - 4:1.Turun son oyununda "Xəzər Lənkəran"la "İnter" qarşılaşıb. Hesabı 18-ci dəqiqədə Məhəmməd Mirzəbəyov açıb. 58-ci dəqiqədə Matiya Şpiçiç ev sahiblərini ikinci dəfə meydanın mərkəzinə dəvət edib. 82-ci dəqiqədə isə qapıları səhv salan Fuad Bayramov "Xəzər Lənkəran"ı təsəlli qoluna sevindirib - 2:1.Qeyd edək ki, turun iki oyunu dünən keçirilib. "Neftçi" "Simurq"la "sülh" bağlayıb (0:0), AZAL "Qəbələ"ni məğlub edib (1:0). "Sumqayıt" isə bu turda istirahət edib.
Premyer Liqa
2014/15 mövsümü
III dövrə, XX tur
7 fevral
Qarabağ - Bakı 4:1
Qollar: Maksim Medvedev, 3. Azad Kərimov, 7 (avtoqol). Riçard Almeyda, 26-pen; 84 - Nurlan Novruzov, 22-pen.
Tofiq Bəhramov adına Respublika stadionu. 
Xəzər Lənkəran - İnter 1:2
Qollar: Fuad Bayramov, 82 (avtoqol) - Məhəmməd Mirzəbəyov, 18. Matiya Şpiçiç, 58.
"Xəzər Lənkəran" mərkəzi stadionu.

Mənbə: ANS PRESS

7 fevral 2015
GO BACK