Qadin.NET / Çoban sərvət tapdı

Çoban sərvət tapdı

Çoban sərvət tapdı
Qoyun otaran çoban sərvət tapdı. ANS PRESS-in "CNN Türk"ə istinadla verdiyi məlumata görə, Çinin Uyğurustan vilayətində çoban qızıl külçə tapıb. Otların arasındakı sarı daşa ayağı dəyən çoban sarı daşın əvvəlcə nə olduğunu anlamayıb. Araşdırmadan sonra onun qızıl daş olduğunu bilib. 
Külçənin çəkisi isə nə az, nə çox 7,85 kq-dır. 
Bu ən yüksək saflıq göstəricinə sahib tapıntılardan biridir. Belə ki, qızıl topun saflıq dərəcəsi 80 faiz civarındadır. 
Külçənin bazar qiyməti 255 min dollardır. Qiyməti eşidən yoxsul çinli sevincindən danışa bilməyib. 
Çin qqanunlarına görə, tapılan hər hansı tapıntı onu tapana aiddir. 
Onun ölçüləri isə belədir - diametri 23 sm, eni 18, qalınlığı 8 sm. 

Mənbə: ANS PRESS

7 fevral 2015
GO BACK