Eşitmə qüsurlular artıq ağızları ilə eşidə biləcəklər.
ANS PRESS-in məlumatına görə, ABŞ-ın Kolorado əyalətində bir araşdırma aparan alimlər əlil insanların eşidə bilməsi üçün unikal bir cihaz hazırlayıblar. Sözügedən cihaz elektrik axınlarına çevrilmiş olan səs dalğalarını beynə çatdıracaq.
Bu qurğu vasitəsi ilə eşitmə qüsurlu insanlar da eşidə biləcək. Hələ test mərhələsində olan cihaz üzərində təxminən bir ildir ki, araşdırma aparılır.
Kolorado Əyalət Universitetinin səlahiyyətli şəxslərindən biri olan Con Viliams bu üsulun eşitmə qüsurluları üçün çox ucuz başa gələcəyini söyləyib. O deyir ki, bu cihaz əməliyyat olmadan istifadə edilə bilir və həyati risk də daşımır.
Cihazın ideasını verən Viliams bu fikri qulağında yaranan zingildəmələr əsnasında tapdığını söyləyir. Dilin üzərində minlərlə sinir olduğunu ifadə edən alim eşitmək üçün artıq qulağa ehtiyac qalmadığını bildirib.
Mənbə: ANS PRESS