Qadin.NET / Amerikalı alimlərdən yeni ixtira

Amerikalı alimlərdən yeni ixtira

 

Amerikalı alimlərdən yeni ixtira

Nyu-York şəhərində yerləşən Kolumbiya Universitetində çalışan tədqiqatçıların hazırladığı cihaz smartfona qoşulduqda bir damcı qanın köməyi ilə xəstəliyə diaqnoz qoymağa malikdir. Bu halda diaqnozun qoyulması cəmisi 15 dəqiqə vaxt alır.
ANS PRESS-in məlumatına görə, alimlər öz tədqiqatlarınaimmun çatışmazlığı virusu və sifiliskimi ciddi xəstəliklərə diaqnoz qoymaqla başlayıblar. Bu baqədə "ICTnews" elektron xəbər xidməti bildirir. 
Cihaz diaqnoz qoymaq üçün xüsusi çıxarılıb taxılan plastik kasetlərdən istifadə edir.
Tədqiqatçılar iddia edir ki, onların cihazı bir çox başqa xəstəliklərin ənənəvi yoxlama metodlarını əvəzləməyə qadirdir. Cari metodun çatışmazlıqlarından biri qananalizinin tədqiqi üçün avadanlığın satış qiymətinin baha olmasıdır. İmmunoferment analiz üçün qurğunun satış qiyməti orta hesabla 18 min dollar təşkil edir. Kolumbiya Universitetində hazırlanmış yığcam cihazın satış qiyməti 34 dollardır.
Qurğu inkişaf etməkdə olan ölkələrdə istifadə üçün tövsiyə edilib. Ruanda Respublikasında qurğunun sınaqdan keçirilməsindənsonra yoxlanılanların 97 faizi analizlərin keyfiyyətindən razı qalıb və bu cihazı öz tanışlarına məsləhət görməyə razılaşıblar. Testin keçirilmə sadəliyi onların ürəyincə olub.

 

Mənbə: ANS PRESS

7 fevral 2015
GO BACK