Qadin.NET / Ərdoğana xəyanət edənlər yaxalandı

Ərdoğana xəyanət edənlər yaxalandı

 

Ərdoğana xəyanət edənlər yaxalandı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı dinləyənlər həbs edilib. ANS PRESS-in məlumatına görə, Türkiyə prezidenti Bursada QHT təmsilçilərilə görüşü zamanı verdiyi açıqlamada baş nazir işlədiyi vaxt onun ofisini dinləyənlərdən ikisi yaxalanıb.
“Otağımı dinləyənlərdən ikisi Rumıniyada yaxalanıb. Əvvəlcə Xorvatiyaya, oradan Macarıstana, daha sonra isə Rumıniyaya keçən həmin şəxslər axtarış nəticəsində ələ keçirilib. Hələlik əlaqələrimiz davam edir. Qısa bir zamanda onların Türkiyəyə verilməsini istəyirik və bu tezliklə baş verəcək” – deyə R.T.Ərdoğan bildirib. 
Ərdoğanın baş nazirliyi dövründə otağına “böcək” (səs dinləmə cihazı) qoyan şəxslərin polis müdiri Sədat Zavar ilə polis işçisi İlkər Usta olduğu müəyyən olunub.

 

Mənbə: ANS PRESS

7 fevral 2015
GO BACK