Qadin.NET / Hava haqqında

Hava haqqında

 

Fevralın 7-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzerTAc-a verilən məlumata görə, cənub-qərb küləyi əsəcək, gecə və səhər arabir 18-23 m/s-yə çatacaq, axşama doğru zəifləyəcək. Havanın temperaturunun gecə 3-5° isti, gündüz 9-14° isti, Bakıda gecə 3-5° isti, gündüz 11-13° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunundan 754 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-90, gündüz 60-65 faiz təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza görə, fevralın 7-si axşamadək Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli enməsi fonunda arabir güclənən gilavar küləyi bəzi meteohəssas insanlarda narahatlıq hissi yaratsa da, ayın 8-də meteoroloji amillərin normal sutkalıq gedişi əsasən əlverişlidir.
Naxçıvan Muxtar Respublikasında gün ərzində hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq.
Cənub küləyi əsəcək. Temperaturun gecə 1-6° şaxta, bəzi yerlərdə 3°-dək isti, gündüz 10-15° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında gün ərzində hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək. Temperaturun gecə 0-5° şaxta, gündüz 8-13° isti olacağı olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında gün ərzində hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək. Temperaturun gecə 0-5° isti, gündüz 10-15° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında gün ərzində hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Cənub küləyi əsəcək, arabir 15-20 m/s-dək güclənəcək. Temperaturun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında gün ərzində hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək, arabir 15-20 m/s-dək güclənəcək. Temperaturun gecə 1-6° isti , gündüz 12-17° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında
 gün ərzində hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Cənub küləyi əsəcək, əsasən dağlıq ərazilərdə arabir 15-18 m/s-dək güclənəcək. Temperaturun gecə 3-5° isti, gündüz 9-14° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 2-6° isti olacağı gözlənilir.

Mənbə: Milli.Az

 

7 fevral 2015
GO BACK