Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Komitəsi İŞİD terror qruplaşmasının vəhşilikləri barədə hesabat hazırlayıb. Hesabatda İŞİD-in girov götürdüyü uşaqların qul kimi satıldığı, cinsi istismar edildiyi, işgəncə edildiyi, bir qisminin çarmıxa çəkildiyi, diri-diri basdırıldığı və ya başları kəsilərək edam edildiyi əksini tapıb.
Hesabatda qeyd edilir ki, uşaqlara çox kiçik yaşda, təxminən səkkiz yaş civarında əsgər kimi hərbi təlim keçirilmsi, İŞİD nəzarətində olan ərazilərdə yaşayan etnik və dini azlıqların uşaqlarını qaçırılması, onların üstünə qiymət qoyularaq bazara çıxarılıb satılması faktlaarı yüzlərlədir.
Hesabatda İŞİD tərəfindən "namus cinayətləri" və bəzən 11 yaşdan kiçik olan qızların belə erkən nikahla evləndirilməsi qınanılıb və BMT-dən uşaq hüquqlarının qotunması üçün lazımi addımlar atılması tələb olunub.
Terrorçuların dini olmur. Bu məşhur bir deyimdir. Onların yanlız müəyyən hədəfləri olur ki, bunlara çatmaq üçün ən müxtəlif vasitələrdən istifadə edirlər. Beyni təmiz olan uşaqların terrorçular tərəfindən cinayətlərə cəlb olunması hallarını göstərən onlarla videogörüntü var. 7-8 yaşlı uşağın əlinə tapança verib başqa birini öldürməsinə sövq etmək artıq həmin uşağın zəhərlənməsinə səbəb olur. Eyni zamanda kütləvi edamlar vaxtı xüsusilə uşaqların ön cərgədə yer alması bunun İŞİD tərəfindən məqsədyönlü şəkildə həyata keşirildiyini göstərir. Həmin uşaqların artıq psixologiyasında yalnız öldürmək var. Həmçinin bu istiqamətdə yetişdirilən uşaqlarbir neçə ildən sonar potensial terrorçuya çevrilirlər.
P.S. Uşaqlar bizim gələcəyimizdir deyirik. İŞİD isə hazırdı “zəhərlənmiş gələcək” hazırlayır.
Mənbə: Mİlli.Az