Çində elektron ticarət bazarının həcminin 2019-cu ilədək mobil qurğular sayəsində 1 trilyon dollaradək artacağı proqnozlaşdırılır.Milli.Az İCT nevs-a istinadən bildirir ki, Forresterin yeni raportuna əsasən bu artıma səbəb elektron ticarət şirkətlərinin kiçik şəhərlərdə yeni müştərilər cəlb etməyə kömək edən, mobil əlavələr və təkmilləşdirilmiş logistik şəbəkələr olacaq.
Bu, gəlirləri azalmış Alibaba kimi şirkətlər üçün çox yaxşı xəbərdir və şirkət gəlirlərinin artımını təmin etmək məqsədi ilə sərmayə qoyuluşu sahəsi kimi maraq doğurub.
Çin 2013-cü ildə satış həcmləri 307 milyard dollaradək artdıqda ən böyük onlayn bazara çevrilib. Forrester ötən ilin nəticələrinə əsasən, bu bazarı 440 milyard dollar həcmində dəyərləndirib və bu göstəricinin 19,9 faizədək artaraq 1 trilyon dollara çatacağını proqnozlaşdırıb.
Mənbə: Milli.Az