I sinfə qəbul sistemi hazırlanır. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Bu il BŞTİ valideynlərin rahatlığı, qəbul sistemin təkmilləşdirilməsi məqsədi ilə Bakı şəhərində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin I sinfinə qəbul prosesini elektron sistem vasitəsilə aparılması nəzərdə tutub.
Bu məqsədlə hazırda sistem üzrərində son tamamlama işləri aparılır. Sistemin təkmilləşməsi üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsi I sinfə qəbul prosesində iştirak edən tərəflərlə görüşlərin keçirilməsinə, onların fikir və təkliflərinin öyrənilməsinə başlanılıb.
Bu səbəbdən, fevralın 5-i Bakı şəhərində yerləşən müxtəlif tipli bir sıra ümumtəhsil məktəblərininin rəhbərləri ilə görüş keçirilib. Direktorlar elektron sistemlə aparılacaq qəbul haqqıında məlumatlandırılıb.
Mənbə: ANS PRESS