Ermənistan prokuroru Gümrüdə bu il yanvarın 15-də keçirilən etiraz aksiyası zamanı saxlanılmış Mnasakan Aleksanyana qarşı açılan cinayət işinin dəyişdirilməsi barədə tapşırıq verib.ANS PRESS-in məlumatına görə, bu barədə Ermənistanın İstintaq Komitəsinin mətbuat katibi Sona Truzyan bildirib. O deyib ki, M.Aleksanyan yaşadığı yeri dəyişməmək şərti ilə azadlığa buraxılıb.
Bildirək ki, həmin etiraz aksiyası zamanı saxlanılan Mnasakan Aleksanyanın azadlığa buraxılması məqsədilə bu gün saat 15:00-də tələbələr etiraz əlaməti olaraq avtomobil yarışı keçirilməli idi.
Hakimiyyət məhz bu addımı sosial şəbəkə fəalları tərəfindən təşkil olunacaq etiraz aksiyasından çəkinərək atıb.
Təntənəli yürüş iştirakçılarının yaydığı bəyanatda deyilirdi: "Biz qatil Valeri Permyakovun Ermənistanın hüquq-mühafizə orqanlarına təhvil verilməsi üçün təşkil olunan etiraz aksiyasında polisin iştirakçılara qarşı zorakılıq əməllərini pisləyərək, aksiyanın gedişatında insanların davranışını, onların bütün ciddiliyi ilə emosialarını qorumasını qiymətləndirərək, bəzi aksiya iştirakçıları barəsində açılan cinayət işinin dayandırılmasını və Mnasakan Aleksanyanın azadlığa buraxılmasını tələb edirik."
Mənbə: ANS PRESS