Qadin.NET / Ermənistanı Rusiyaya nifrət dağıdacaq?

Ermənistanı Rusiyaya nifrət dağıdacaq?

 

Bu gün Gümrü şəhərində Şirak vilayətinin prokurorluğu qarşısında avtoyürüş keçiriləcək. ANS PRESS-in məlumatına görə, yürüş iştirakçıları 2 gün qabaq həbs edilmiş 22 yaşlı Mnasakan Aleksanyanın azad edilməsini tələb edəcəklər. Gümrü ətrafındakı Sarnaxbür kəndinin sakini olan Mnasakan Aleksanyan yanvarın 15-də şəhərdə Rusiya hərbi bazasının əleyhinə keçirilmiş mitinqdə iştirak etdiyinə görə həbs edilib. 
Aksiyaya səbəb şəhərdə yaşayan Avetisyan ailəsinin 7 üzvünün qətl edilməsi olmuşdu. Ermənilər qətlin şəhərdəki Rusiya hərbi bazasının əsgəri Valeri Permyakov tərəfindən törədildiyini güman edirlər. Hazırda əsgər şəhərdəki Rusiya hərbi bazasındadır. Ermənilərin Permyakovun Ermənistan məhkəməsinə verilməsini tələb edirdilər. Gümrüdə və İrəvanda keçirilən mitinqlərdə Rusiya bayrağı tapdanmışdı. Sonradan Serj Sarkisyan və ona yaxın partiyalar xalqı birtəhər sakitləşdirməyə nail oldular. 
Amma Gümrüdə bu gün saat 15.00-a təyin edilmiş yürüş göstərir ki, Ermənistanda Rusiya əleyhinə hərəkatın yeni dalğası başlayır. 

Mənbə: Milli.Az

 

6 fevral 2015
GO BACK