Qadin.NET / Ceyms Uorlik kimə işləyir?

Ceyms Uorlik kimə işləyir?

 

Həmsədr: "Ermənistan Dağlıq Qarabağ münaqişəsi zonasında gərginliyin azaldılmasına sadiqdir"
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla Münhen konfransı çərçivəsində görüş yaxşı keçdi. Trend xəbər verir ki, bunu ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik özünün “Tvitter” sosial şəbəkəsindəki mikrobloqunda yazıb.

Uorlik qeyd edir ki, Nalbandyan Dağlıq Qarabağ münaqişəsi zonasında gərginliyin azaldılmasına sadiqliyini ifadə edib: “Biz onun gərginliyin azaldılmasına sadiqliyini alqışlayırıq”.
Eyni zamanda, Azərbaycan Müdafiə Nazirliyinin verdiyi məlumata görə, erməni silahlı bölmələri təkcə cümə günü cəbhənin müxtəlif istiqamətlərində minaatan və iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 86 dəfə pozaraq mövqelərimizi intensiv atəşə tutub.

Mənbə: Milli.Az

 

6 fevral 2015
GO BACK