Anri Matissin "Nezahat Sultan" tablosu 2 gün öncə 23.8 milyon dollara satılıb.
Milli.Az xəbər verir ki, Sotheby's mərkəzində reallaşan hərracda Klod Monenin "Le Grand Canal" adlı tablosu da 35.6 milyon dollar qiymətinə satılıb. Hərrac London tarixində reallaşan ən böyük satış olaraq tarixə keçməyə müvəffəq olub.
Fevralın 3-ü isə rəsm sənətində yetəri qədər məşhur olan fransız rəssam Anri Matissin Nitsadakı evinin qarşısında görərək baxışlarına vurulduğu Həmidə Nərmin Nezahat Şəfqət Sultanın şəkli Londonda hərraca çıxarılıb. II Əbdülməcidin nəvəsinin qızı olan Nezahat Sultanın tablosu 1942-ci ilə aid olan bir şah əsəridir. Mənbələrdə bilidirilir ki, Matiss bu tablonu çəkmək üçün Nezahat Şəfqətin nənəsi Naim Sultandan çətinliklə icazə alıb.
Məktubların və kitabların geniş mövzusu olmuş "Osmanlı imperatorluğunun şahzadəsi"nin tablosunun amerikalı bir kolleksiyaçı tərəfindən ilk dəfə hərracda satışa təqdim edilməsi böyük marağa səbəb olub. Dünya rəsm sənətində cığır açaraq XX əsrə damğasını vuran məşhur rəssam Anri Matissin imzalı əsərinin hərracda hansı məbləğə satılacağı maraq mövzusu olub. Sənətkarın düzəltdiyi bürünc bir heykəl 2010-cu ildə Nyu-Yorkda 48 milyon dollara satılaraq dünya rekordu qırmışdı. 2009-cu ildə isə 41 milyon dollara satılan kətan üzərində rəsmi sənətkarın ən yüksək qiymətli tablosu rekordu olaraq qeydlərə keçib.
Məşhur sənətkarın yaradıcılığında zirvə kimi qəbul edilən məşhur "Odelesqa" seriyasından möhtəşəm rənglərlə bəzədilmiş "Nezahat Sultan" tablosu yeni qiyməti ilə kolleksiyaçıları heyrətləndirib. Həmin tablonun tarixinə nəzər salsaq, bilərik ki, Nezahat Sultanın saray şahzadəsi olaraq başlayan həyatı çox kədərli bir şəkildə, möhtaclar evində sona yetib. Deyilənə görə, uşaqlığını nənəsi Naim Sultanla birlikdə Cənubi Fransanın Nitsa şəhərində keçirmişdir. O illərdə dövrün ən böyük rəssamı Anri Matissin evinə gəlibmiş. Cimiez küçəsində, indiki Matiss muzeyi olan malikanənin yanında Naim Sultanın ailəsiylə yaşayırmış. Gənc şahzadənin üzünün gözəlliyi rəssamı heyran edib və daha sonra sultanı min ricayla onun tablosunu işləməyə razı edib. Bu məşhur tablonun yaranma tarixi bu cür olub.
Mənbə: Milli.Az