Qadin.NET / Bazar günü üçün bəd proqnoz

Bazar günü üçün bəd proqnoz

 

Bakıda sabah da müşahidə ediləcək mülayim hava şəraitindən sonra fevralın 8-də temperatur əvvəlki günlərlə müqayisədə 5 dərəcəyə kimi enəcək, fevralın 9-da isə temperatur yenidən yüksələcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, fevralın 7-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Mülayim cənub-qərb küləyi gecə və səhər arabir güclənəcək. Axşama doğru mülayim şimal küləyi ilə əvəzlənəcək.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 3-5, gündüz 9-14 dərəcə isti olacaq. Fevralın 8-də isə temperatur 5 dərəcəyə kimi enəcək. Həmin gün gündüz saatlarında havanın temperaturu 6-9 dərəcə isti olacaq. Fevralın 9-da isə temperatur yenidən yüksələcək.
Fevralın 7-də axşamdan Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli enməsi fonunda arabir güclənən gilavar küləyi bəzi meteohəssas insanlarda narahatlıq hissi yaratsa da, fevralın 8-də meteoamillərin normal sutkalıq gedişi əlverişli olacaq.
Azərbaycanın rayonlarında fevralın 7-də hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskin olacaq. Cənub küləyi əsəcək, əsasən dağlıq ərazilərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 1-6 dərəcə isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, yüksək dağıq ərazilərdə 8-13 dərəcə şaxta, gündüz 9-14 dərəcə isti olacaq.

Mənbə: Milli.Az

 

6 fevral 2015
GO BACK