Qadin.NET / Sabah 17 dərəcə isti olacaq

Sabah 17 dərəcə isti olacaq

 

Sabah 17 dərəcə isti olacaq

Azərbaycanda sabah yağmursuz hava şəraiti proqnozlaşdırılır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, fevralın 7-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Mülayim cənub-qərb küləyi axşama doğru şimal küləyi ilə əvəzlənəcək.Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 3-5, gündüz 9-14 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında fevralın 7-də hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskin olacaq. Cənub küləyi əsəcək, əsasən dağlıq ərazilərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 1-6 dərəcə isti, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 8-13 dərəcə isti olacaq.

 

Mənbə: ANS PRESS

6 fevral 2015
GO BACK