Qadin.NET / Ramil ermənilərə od qoyub

Ramil ermənilərə od qoyub

 

Ramil ermənilərə od qoyub

"Ramil Səfərov onlara od qoyub. Mən özüm də heç vaxt belə bir işə razı olmaram. Ramil Səfərovun girovlardan birinə dəyişdirilməsi təklifi absurddur".Bu sözləri ANS PRESS-ə açıqlamasında Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov deyib. Onun sözlərinə görə, "ermənilər hələ də Ramil Səfərovun etdiklərini həzm edə bilmirlər".
Xatırladaq ki, ötən gün Dağlıq Qarabağdakı separatçı rejimin qondarma prezidentinin “mətbuat katibi” David Babayan bildirib ki, Dağlıq Qarabağ hakimiyyəti kəlbəcərli girovlardan birini erməni zabiti Qurgen Markaryanın qatili Ramil Səfərovla dəyişməyə razıdır. O, kəlbəcərli girovların birtərəfli qaydada qaytarılmasının mümkün olmadığını deyib.

 

Mənbə: ANS PRESS

6 fevral 2015
GO BACK