"Əgər Amerika Ukraynaya ehtiyacı olan silahları versəydi, Ukrayna kaset bombalarından istifadə etmək məcburiyyətində qalmazdı. Bu, qismən də bizim günahımızdır".ANS PRESS-in məlumatına görə, bu sözləri ABŞ senatoru Con Makkeyn deyib. Onun sözlərinə görə, əgər Amerika Ukraynaya silah çatdırmaq qərarına gəlsə, bu zaman Ukraynaya amerikalı hərbi mütəxəssislər də göndərilməlidir. "Onlara "Cavelin" tank əleyhinə raket kompleksi lazımdır. Onlara ümumilikdə çox şey lazımdır", - deyə Makkeyn əlavə edib.
Bununla belə, bir neçə gün əvvəl Ağ ev rəsmiləri bildiriblər ki, ABŞ hakimiyyəti hələlik Ukrayanya silah göndərilməsi haqqında heç bir qərar qəbul etməyib.
Qeyd edək ki, Con Makkeyn Kiyevə silah-sursat köməyi edilməsini dəstəkləyən senatorlar qrupunun nümayəndəsidir.
Mənbə: ANS PRESS