Qadin.NET / Bakıda zaman azalır, həyəcan artır

Bakıda zaman azalır, həyəcan artır

 

Bakıda zaman azalır, həyəcan artır

Bakıda ilk Avropa Oyunları ilə bağlı Avropa Olimpiya Komitəsinin toplantısı olub. Toplantıda çıxış edən Avropa oyunlarının təşkilat komitəsinin sədri Mehriban Əliyeva önəmli açıqlamalar edib. Görülən işlərə nəzər salan xanım Əliyeva deyib ki, Avropa Olimpiya Komitəsi görülən işlərlə yerində tanış olandan sonra Azərbaycana olan etimadın əbəs olmadığını görəcək. Bir çox məkanların hazır olduğunu söyləyən təşkilat komitəsinin sədri oyunlar üçün sınaqların keçirdiyini də vurğulayıb. Açılışadək isə 35 sınaq tədbiri və sınaq yarışması keçiriləcək. Gimnastika, boks və güləş üzrə növbəti sınaq tədbirlərimiz mart və aprel aylarında baş tutacaq.Paytaxtın "Azneft" meydanında qoyulan geriyə sayım saatı bu gün, bizi möhtəşəm Yay Avropa Oyunlarından 127 günün ayırdığını götərirdi. Azalan zaman artan isə həyəcandır. Çünki, ölkəmiz ev sahibliyi edəcəyi bu yarışa iki ildən çoxdur ki, ciddi-cəhdlə hazırlaşır. Ciddi hazırlaşmağın səbəbi isə Avropanın idman tarixinə yeni səhifəni yazacaq. İlk dəfə baş tutacaq yarış üçün Azərbaycan seçilməsidir. Ona görə də ölkəmiz göstərilən etimadı da layiqincə doğrultmağa çalışır.Yarışın keçirilməsi üçün bir çox məkanlarımız hazırdır. Amma tikinti işləri yekunlaşmaq üzrə olan stadionlarda var.Yay Avropa Oyunlarının keçirilməsi üçün tikilməkdə olan möhtəşəm idman sarayında 4 aydan sonra yarışların açılış mərasimi keçiriləcək. Sarayın idman yarışına qədər tam hazır vəziyyətə gətirilməsi üçün işçilər burda durmadan gecə-gündüz işləyirlər.
Yarışın keçirilməsi üçün hazırlığa prosesinə Heydər Əliyev prospektindəki, stadionun tikintisi ilə start verilib. Stadionda 20 idman növündən ibarət yarışın açılış və bağlanış mərasimləri keçiriləcək.
İşlər yekunlaşdıqdan sonra burda 35 sınaq tədbiri və yarışması keçiriləcək. Fevralın sonunadək nəinki bu stadion ümumiyyətlə yarış üçün tikilən bütün məkanların tikintisinin başa çatdırılması nəzərdə tutulub. Sonrakı üç ayda isə lazımi quraşdırma işləri aparılıcaq.
İdmançılar 1000-dən çox mənzili olan atletlər kəndində yerləşdiriləcək ki, bu mənzillərədə 7300 ədəd çarpayılar qoyulub.
Bakı Su idmanı Mərkəzi adlanacaq stadionda yarış zamanı suya tullanma,üzgücülük üzrə 800-dən çox atlet gücünü sınayacaq.
Yay Avropa Oyunlarının su idman növü ilə əlaqədar bütün yarışlar sarayda keçiriləcək. Bu idman sarayı məhz elə su idman növlərinin şərəfinə titkilib. Burda da işlərin demək olar ki,70 faizi yekunlaşıb.
6 min tamaşaçı tutumuna malik stadion xüsusi işıqlanma sistemi ilə təchiz olunub ki, bu da xüsusən gecə saatlarında stadionun gözəlliyini daha qabarıq şəkildə nümayiş olunmasına şərait yaradır.
Ümid edirik ki, bu mötəbər idman yarışın Azərbaycanın tarixini, mədəniyyətini, ənənələrini dünyaya daha yaxşı tanıdacaq.

 

Mənbə: ANS PRESS

6 fevral 2015
GO BACK