Qadin.NET / Kiyev separatçılarla razılığa gəldi

Kiyev separatçılarla razılığa gəldi

 

Kiyev separatçılarla razılığa gəldi

Ukrayna hökuməti separatçı Donetsk Xalq Respublikasının təklifini qəbul edib.ANS PRESS-in məlumatına görə, rəsmi Kiyev separatçıların Donetskdə yerləşən Debaltsevo sakinlərinin şəhəri tərk etməsi ilə bağlı təklifini qəbul edib.Təklifdə bildirilirdi ki, sakinlərin Debaltsevo şəhərini tərk etmələrinə icazə verilsin.
Sakinlər şəhəri onlar üçün nəzərdə tutulmuş xüsusi avtobuslarla tərk edəcəklər.
Debaltsevo şəhəri demək olar ki, rusiyapərəst separatçıların nəzarəti altındadır. Donetskdə isə digər şəhərilər uğrunda döyüşlər gedir.

 

Mənbə: ANS PRESS

6 fevral 2015
GO BACK